27 İyul 2026
Dünya futbolu

“Ronaldonu Messidən üstün görürəm” – Patris Evra

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra Kristiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı sabiq oyunçu portuqaliyalı ulduzun bir addım öndə olduğunu açıqlayıb. Evra bunun səbəbini belə izah edib:

“Messi, yoxsa Ronaldo?” bu suala hər zaman Kristiano deyirəm. Belə cavab verməyimin səbəbləri var. Ronaldo mənim qardaşım və ya qohumum deyil. O, iş əxlaqına görə dünyada bir nömrədir. Tanrı Messiyə istedad verib. Ancaq Ronaldo bunu çalışaraq qazanıb. Əgər Leo da işinə Kristiano kimi yanaşsaydı, onun 15 “qızıl top”u olardı. Çox çalışan insalara aşiqəm, buna görə də Ronaldonu Messidən üstün görürəm”.

Evra portuqaliyalı futbolçu ilə birgə 3 dəfə Premyer Liqa çempionluğu, bir dəfə isə Çempionlar Liqasını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43