“Mançester Yunayted” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Betis”i 4:1 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, bu qələbə ilə “qırmızı şeytanlar” evdəki məğlubiyyətsizlik seriyasına davam etdirib. Komanda artıq 21 görüşdür uduzmur.
Mançester təmsilçisi bu oyunlarda meydandan 19 qələbə və 2 heç-heçə ilə ayrılıb.
Premyer Liqa klubu sonuncu dəfə “Old Trafford”da sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsində “Real Sosyedad”a 0:1 hesabı ilə məğlub olub.

