25 Dekabr 2024
Dünya futbolu

“Son vaxtlar bizə vəhşicəsinə hücum edirlər” – “Barselona”nın prezidenti

Xuan Laporta “Barselona” haqqında çıxan iddialar barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri Kataloniya təmsilçisinin hakimlərə rüşvət verdiyi yönündə çıxan söz-söhbətləri qəti şəkildə rədd edib. O, bunların yalan olduğunu bildirib:

“Baş verənlər odur ki, paxıllıqdan bəzi insanlar vicdansız kampaniya başladıb. Bir “Barselona”nın hissləri ilə oynamaq olmaz. Eyni zamanda bu klubu ləkələmək də mümkün deyil. Son vaxtlar bizə vəhşicəsinə hücum edirlər. Klub olaraq sonuna qədər özümüzü müdafiə edəcəyik”.

Xatırladaq ki, Kataloniya təmsilçisi hakimlərə rüşvət vermıkdə ittiham olunur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43