15 İyul 2026
Dünya futbolu

PSJ Haland üçün ulduzlarını satmağa hazırdır

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Real” və PSJ-nin diqqət mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçunun müqaviləsində 200 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. Ancaq bu maddə 2025-ci ildən aktivləşəcək.

“Marca” nəşri yazır ki, PSJ Haland üçün bu məbləği ödəyəmə hazırdır. Belə ki, Paris klubu Lionel Messi, Serxio Ramos və Neymara gələcək təklifləri dəyərləndirməyi düşünür.

“Real” isə PSJ-nin hücumçusu Kilian Mbappenin transferi üzərində işləyir. Ancaq fransalı forvardın Madrid klubuna keçməsi çətin görünür. Bu səbəbdən də La Liqa təmsilçisi Halandı Mbappeyə alernativ düşünür.

22 yaşlı hücumçu bu mövsüm “Mançester Siti”nin heyətində 36 oyunda 39 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43