14 İyul 2026
Dünya futbolu

“Tottenhem”li futbolçular Kontedən narazıdır

“Tottenhem”li oyunçular Antonio Kontenin mövsümün sonunda klubdan ayrılacağını gözləyir.

İdmanxeber.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, futbolçular italiyalı mütəxəssisin davranışlarından narazıdırlar. Belə ki, Kontenin  “Sauthempton”la oyundan (3:3) sonra oyunçuları tənqid etməsi onları əsəbləşdirib. 

Mənbə yazır ki, London klubunun adı açıqlanmayan bir neçə futbolçusu növbəti mövsümə yeni baş məşqçi ilə başlamaq istəyirlər. Oyunçular Kontenin klubdan getməsinin daha doğru bir qərar olacağını düşünür.

“Tottenhem” Premyer Liqada 28 oyundan sonra 49 xalla 4-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43