08 İyul 2026
İdman

Boksçusumuz dünya çempionatını bürünc medalla başa vurub

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatını bürünc medalla başa vurub.

İdmanxeber.az xəbər verir ki, 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva uduzub.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43