Lionel Messi və Kristiano Ronaldo millinin heyətində fərqlənməklə daha bir uğura imza atıblar.
İdmanxeber.az-ın məumatına görə, Leo yoxlama oyunu çərçivəsində Panamaya qarşı görüşdə (2:0) cərimə zərbəsindən fərqlənməklə əfsanəvi oyunçularla bir sırada yer alıb.
Belə ki, Messi cərimə zərbəsindən ən çox qol vuran oyunçuların siyahısında Maradona və Ziko ilə birlikdə altıncı pillədədir.
Kristiano Ronaldo isə Portuqaliyanın AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə oyunda (4:0) standart vəziyyətdən qol vurmaqla həmin siyahıda 10-cu sırada yer alıb.

