“Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu iki futbolçunu izləməyə alıb. Rəhbərlik “Torino”nun oyunçusu Ola Aynanı heyətinə qatmaq niyyətindədir.
Sağ cinah müdafiəçisi cari mövsüm çıxışı ilə diqqətləri üzərinə çəkib.
“Qalatasaray”ın izlədiyi digər futbolçu isə Polşa millisinin üzvüdür. “Lex” klubunun sol cinah müdafiəçisi Mixal Skuras “Qalatasaray” skautları tərəfindən yaxından izlənilir.
23 yaşlı oyunçunun Polşa təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var.
Rəhbərlik gündəmində olan iki futbolçu üçün də yayda klubları ilə təmasa keçəcək.

