“Barselona”nın futbolçusu Qavi karyerasını Almaniyada davam etdirə bilər.
İdamnxeber.az “Sky Sport”a istinadən xəbər verir ki, “Bavariya” ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
Kataloniya təmsilçisi 18 yaşlı futbolçu ilə yeni müqavilə imzalasa da, La Liqa rəhbərliyi klubun maliyyə problemlərinə görə sözləşməni təsdiqləməyib.
Əgər iyuna qədər “Barselona” bu məsələni həll edə bilməsə, Qavi azad agent statusu daşıyacaq.
Münhen klubu da bu fürsətdən istifadə edib gənc futbolçunu rənglərinə bağlamaq niyyətindədir.

