Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu daha bir ulduz futbolçunu heyətinə qatmağa yaxındı.
İdmanxeber.az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, “Portu”nun şərəfini qoruyan Pepe ərəblərlə anlaşmağa yaxındı.
Təcrübəli müdafiəçinin komanda yoldaşı Ronaldo onu “Əl Nəsr”ə keçməyə məsləhət görüb. Pepe də Ronaldonun bu təklifinə müsbət yanaşıb.
Müdafiəçinin yayda “Portu”dan ayrılacağı bildirilir.

