07 İyul 2026
İdman

“Anadolu Efes” İtaliya klubunu məğlub etdi

Basketbol üzrə Avroliqanın 31-ci turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Anadolu Efes” doğma meydanda “Milan” klubunu qəbul edib. Ergin Atamanın yetirmələri matçdan 89:69 hesablı qələbə ilə ayrılıb.

Bununla da İstanbul klubu turnirdəki qalibiyyətlərinin sayını 15-ə yüksəldib.

“Anadolu Efes” hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43