Dünyanın ən çox maaş alan baş məşqçisi açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “L’Equipe” nəşri məlumat yayıb. Bildirilir ki, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone bu sahədə hamını qabaqlayıb.
Təcrübəli mütəxəssis Madrid təmsilçisində illik 34 milyon avro maaş alır. İkinci pillədə illik 22,6 milyon avro ilə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qərarlaşıb.
Üçüncü Yurgen Klopp (17,8), dördüncü sırada isə Qrem Potter (13,5) yer alır.

