12 Yanvar 2025
Dünya futbolu

Fransada müsəlmanların əleyhinə növbəti qərar: Oyun zamanı iftar açmaq olmaz!

Fransa Futbol Federasiyası (FFF) yerli liqalarda Ramazan ayı boyunca futbolçuların oyun zamanı iftarını açmağına icazə verməyib.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı qərar bu gün qəbul edilib. Qərara əsasən hakimlər matç zamanı müsəlman futbolçuların iftarını açması üçün oyunu dayandırmamalıdı.

Qeyd edək ki, İngiltərə Futbol Federasiyasının yenicə verdiyi qərara əsasən isə Premyer Liqa oyunlarında futbolçulara iftar açmaq icazəsi verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43