11 İyul 2026
Dünya futbolu

“Keçmişə çox güvənmirəm” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək karyerası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandadan qovulmaqdan qorxmadığını bildirib. O, “Liverpul”da görüləsi işlərinin olduğunu açıqlayıb:

“İş görmək üçün buradayam. Ağlımda başqa heç nə yoxdur. Təbii ki, keçmişdəki nəticələrə görə vəzifəmdə qalmışam. Ancaq keçmişə çox güvənmirəm. Bu mənim ilk mövsümüm olsaydı, hər şey bir az fərqli olardı.

Vəziyyəti başa düşən ağıllı sahiblərimiz var. Mövsüm ərzində bəzən çox yaxşı çıxışlarımız olub. Bunu davamlı etməliyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43