Dünən keçirilən “Arsenal” – “Liverpul” oyununun (2:2) ardından insident yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş bitəndən sonra “qırmızılar”ın futbolçusu Endryu Robertson qarşılaşmanın köməkçi hakimi Konstantin Hatzidakisə etiraz edib. Bunun ardından laynsman dirsəyi ilə ilə Robertsona zərəbə vurub.
Şotlandiyalı oyunçu hakimin bu hərəkətindən sonra sərt etitraz edib və sarı vərəqə ilə cəzalandırılıb. Yan xətt hakiminin bu cür davranışı isə İngiltərə futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
Hazırda Hakimlər Komitəsinin məsələ ilə bağlı araşdırma başlatdığı bildirilir. Bu müddət ərzində yan xətt hakiminin heç bir oyuna təyinat alamayacağı da vurğulanıb.

