Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun daha bir oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” çempionatın lideri NTD ilə üz-üzə gəlib.
Görüşə üstün başlayan NTD gərgin alınan mübarizənin sonunda 102:95 hesablı qələbə qazanaraq, vahid liderliyə yüksəlib.
Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Devin Pullum (29 xal, 10 assist), NTD-dən Brayson Robinson (34 xal, 11 ribaund) olub.

