Futbol üzrə Amerika çempionatında maraqlı hadisə yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, MSL təmsilçisi “Los Anceles Qalaksi” səfərdə “Huston Dinamo” ilə qarşılaşıb. Matçın ikinci hissəsində meydanlarda nadir görünən hadisə yaşanıb.
Belə ki, qonaqların müdafiəçisi Kaseres görüşün ikinci hissəsində rəqib oyunçuya sərt müdaxilə edərək penaltiyə səbəb olub. Matçın hakimi epizodu yenidən izləmək üçün VAR monitoruna yaxınlaşıb.
Uruqvalı müdafiəçi də qadağan olmasına baxmayaraq hakimlə bərabər monitora baxıb. Bunun ardından o, qırmızı vərəqə ilə meydandan qovulub.
Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

