08 İyul 2026
Dünya futbolu

“Anadolu Efes” Ergin Atamanla yolları ayırır?

Türkiyənin “Anadolu Efes” klubu Ergin Atamanla yolları ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin mövsüm sonu klubu ilə müqaviləsi sona çatır. Rəhbərlik hələ də ona yeni sözləşmə təklif etməyib.

İspaniyanın nüfuzlu “Marca” nəşri yazır ki, İstanbul təmsilçisi “Real”ın sabiq çalışdırıcısı Pablo Lasonu komandanın başına gətirmək niyyətindədir.

Təcrübəli mütəxəssis 11 il Madrid klubunu çalışdırıb. O, bu müddətdə 2 Avroliqa, 6 ölkə çempionluğu yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43