“Trabzonspor” baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Andrea Pirlo ilə görüşüb. Tərəflər arasında ilk görüş müsbət yekunlaşıb.
Hazırda “Fatih Karagümrük”də baş məşqçi olan 43 yaşlı mütəxəssis Trabzon klubunda çalşmağa qarşı deyil. Onunla daha bir neçə görüşün keçiriləcəyi bildirilir.
Bir dönəm “Beşiktaş”da çalışmış Slaven Biliç də “Trabzonspor”un gündəmindədir..

