09 İyul 2026
Dünya futbolu

Ançelotti ispaniyalını geridə qoydu

Karlo Ançelotti Çempionlar Liqasında qazandığı matçların sayına görə Visente Del Boskeni ötüb.

İdmanxeber.az-ın məlumatıına görə, ÇL-nın 1/4 final mərhələsinin ilk oyununda “Çelsi” üzərində qazanılan qələbə (2:0) Ançelottinin “Real”ın baş məşqçisi kimi turnirdə 35-ci qalibiyyəti olub.

Madird klubu ümumilikdə onun rəhbərliyi altında Çempionlar Liqasında 47 oyun keçirib. İtaliyalı 60 matçda 34 qələbə qazanan Visente Del Boskeni geridə qoyub.

Xatırladaq ki, Karlo və Del Boski Madrid təmsilçisi ilə 2 dəfə ÇL-nın qalibi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43