“Çelsi” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”a uduzub (0:2).
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmasnın ardından Frenk Lempard məğlubiyyəti şərh edib. O, komandasının yaxşı oynadığını bildirib:
“Oyunçumla fəxr edirəm. On nəfər oynasaq da, rəqibin çox üstün göründüyünü düşünmürəm. Bu bizim xarakterimizdən irəli gəlir. Feliks, Sterlinq və Mauntun qol imkanları var idi.
Bu matçda yaxşı şeylər oldu, amma nəticə reallıqdı. “Stamford Bridge”də xüsusi hadisələr baş verəcək. Ona görə də inanmalıyıq. Rəqib qədər yaxşı komandayıq. Amma özümüzə inamımız yoxdur. Futbolçular nə qədər yaxşı olduqlarının fərqində deyillər.
Bu oyun yaxşı idi, ona görə də gələn həftə böyük döyüş olacaq. Biz daha pozitiv olmalıyıq. Eyni ruhda davam etməliyik”.

