Voleybol üzrə Çempionlar Liqasının yarımfinal oynundan sonra faciəvi hadisə yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, dünən Türkiyənin “Eczacıbaşı” komandası ilə İtaliyanın “Novara” klubu üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi iıə başa çatıb.
Oyunun səhəri günü İtaliya klubunun oyunçusu Julia İtumanın komandanın məskunlaşdığı otelin önündə cansız bədəni aşkarlanıb. Onun 6-cı mərtəbədə qaldığı otağın balkonundan yıxıldığı bildirilir.
Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı vurğulanıb.

