“Barselona”nın baş məşqçisi Xavi Lionel Messini Kataloniya klubuna qayıtmağa razı salıb.
İdmanxeber.az-ın məlumatına görə, PSJ-nin hücumçusu ilə gənc mütəxəssis davamlı əlaqədədir. Xavi Messiyə komandada ab-havanın çox yaxşı olduğunu və hər kəsin onu gözlədiyini bildirib.
Kataloniya radiosu Messinin də klubdakı bəzi insanlarla yaşadıqlarını unutmağa hazır olduğunu vurğulayıb.
Ulduz futbolçunun “Barselona”ya qayıtmasının artıq sürpriz olmayacağı iddia edilir.

