09 İyul 2026
Dünya futbolu

Ulduz futbolçu klubundan ayrıldı

“Olimpiakos” yarımmüdafiəçi Xames Rodriqesin komandadan ayrıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqavilə yeniləməyiblər. 31 yaşlı kolumbiyalı 2022-ci ilin sentyabrında “Olimpiakos”a keçib.

Bu müddət ərzində o, komandanın heyətində 23 oyun keçirib, beş qol vurub və altı məhsuldar ötürmə edib.

Futbolçu əvvəllər “Real ” və “Bavariya” kimi klublarda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43