14 İyul 2026
Ölkə futbolu

“Şamaxı” ilə oyun öncəsi “Kəpəz”də ciddi itki

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Şamaxı” ilə qarşılaşacaq “Kəpəz” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun gürcüstanlı futbolçusu Mate Kvirkiviya “Turan Tovuz”la oyunda sarı kart alaraq cəzalı duruma düşüb. Sarı kart limitini dolduran yarımmüdafiəçi “Şamaxı” ilə görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Şamaxı” – “Kəpəz” oyunu aprelin 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43