“Liverpul”un “Lids” üzərindəki qələbəsi (6:1) Muhammed Salah üçün əlamətdar olub.
İdmanxeber.az-ın məlumatına görə, misirli oyunçu sol ayağı ilə vurduğu qollara görə Premyer Liqa rekorduna yiyələnib. O, “Lids”lə görüşdə dubla imza taraq sol ayağı ilə vurduğu qollarının sayını 107-yə çatdırıb.
Salahdan öncə bu rekord “Liverpul” və “Mançester Siti”nin sabiq futbolçusu Robbi Faulerdə idi. O, sol ayağı ilə rəqib qapılarına 150 qol vurmağı bacarmışdı.
Misirli futbolçu cari mövsüm meydana çıxdığı 43 oyunda 26 qol vurub və 11 məhsuldar ötürmə edib.

