17 İyul 2026
Ölkə futbolu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Neftçi”ni məğlub etdi – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.

İdmanxeber.az xəbər verir ki, mövsümün debütantı “Turan Tovuz” “Neftçi”ni qəbul edib.Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibi komanda “ağ-qaralar”ı 1:0 hesabı ilə məğlub edib.

Tərəflər arasında cavab oyunu aprelin 26-da keçiriləcək.

Azərbaycan Kuboku
1/2 final, ilk oyun
16:00. “Turan Tovuz” – “Neftçi” 1:0

Qol: Denis Marandiçi, 74
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə “Qəbələ” “Səbail”i məğlub edib. İki komandanın təkrar qarşılaşması 27 aprelə təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43