“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun yarımfinal mərhələsinin “Səbail”lə görüşündən sonra fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Yarımfinalda asan rəqib və asan oyun yoxdur. Hamımız dərk edirdik. İki fərqli hissə oldu. İkinci hissə daha çox intensivliyi artırdıq. Komanda meydanda istədiyimizi verib qələbə qazandı. İki qol buraxdıq. Futbolda belə hallar olur. Sadəcə daha çox hücumun təşklini qururduq. Ani epizodda qapımızda qol gördük. Ona görə də, hücuma daha çox qüvvə ilə atıldıq. Standart vəziyyətdən ikinci qolu buraxdıq. Sevindirici hal odur ki, komanda ruhdan düşmədi və öz əzmini göstərərək qələbə qazandı”.

