“Qalatasaray”ın futbolçusu Lukas Toreyro karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, uqurvaylı futbolçu “Latsio”nun “radarı”na düşüb. A seriya təmsilçisinin baş məşqçisi Maurisio Sarri yarımmudafiəçini komandasında görmək istəyir. İtaliya klubu yayda bu transferi həll etməyə çalışacaq.
Qeyd edək ki, Lukas Toreyro “Arsenal”dan “Qalatasaray”a transfer olunmuşdu.

