15 İyul 2026
Ölkə futbolu

Zubir “Qarabağ”dan gedir? – 2 illik müqavilə təklif olunur

Adı daha çox Türkiyə kluları ilə hallanan Abdulla Zubir “Qarabağ”ı tərk etməyəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı hücumameyilli futbolçu Türkiyənin bir neçə klubunun diqqət mərkəzinə düşüb. Lakin fransalı yarımmüdafiəçi Ağdam təmsilçisində xoşbəxtdi və o, klubunu dəyişmək niyyətində deyil.

“Qarabağ” aparıcı üzvünə yeni müqavilə təklif edəcək. Müqavilənin müddətinin daha 2 illik olması gözlənilir.

Qeyd edək ki, Zubirin “Qarabağ”la olan müqaviləsi 2024-cü ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43