“Çelsi” yarımmüdafiəçisi Meyson Maunt barədə yekun qərar verilib.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun rəhbərliyi oyunçunu saxlamaq niyyətindədir. 24 yaşlı futbolçu üçün gələn təkliflər rədd ediləcək.
Mauntun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Bu mövsüm o, bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

