“Barselona”nın Lionel Messi israrı davam edir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik argentinalı oyunçunu transfer etmək niyyətindədir. Klub bunun üçün maliyyə şərtlərinin uyğun olduğunu düşünür.
Bununla yanaşı, “Barselona” Messi transferi ilə komandaya cəlb olunacaq sponsorların da artacağı qənaətindədir. Rəhbərlik Leonun gələcəyi təqdirdə, klub gəlirlərinin 33 faiz artacağını düşünür.
Xatırladaq ki, PSJ Messini heyətinə qatanda komandaya 9 yeni sponsor cəlb edilmişdi.

