“Mançester Yunayted” qapıçısı David de Xea ilə yeni müqavilə imzalamağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir tərəflər arasında gedən danışıqlar müsbət nəticələnib. Anlaşmaya əsasən qapıçının maaşı azaldılacaq.
İspaniyalı qolkiper 2011-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Onun ingilis komandası ilə hazırkı müqaviləsi 2022/23 mövsümünün sonuna qədərdir.

