“Anadolu Efes” klubunun baş məşqçisi Ergin Ataman Türkiyədən ayrıla bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü açıqlama verib. O bildirib ki, hazırda Yunanıstanın “Panatinaikos” komandası ilə danışıqlar davam edir.
İstanbul klubu ilə müqaviləsinin olduğunu açıqlayan Ataman ayrılacağı təqdirdə, karyerasını Yunanıstanda davam etdirmək istədiyini bildirib.

