17 İyul 2026
İdman

NBA-nın ən yaxşı məşqçisi bəlli oldu

Amerika Basketbol Liqasında (NBA) 2022-23 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, bu ada  “Sakramento Kinqs” komandanın baş məşqçisi Mayk Braun layiq görülüb. O, eyni zamanda NBA tarixində bir ilki yaşayıb.

Belə ki, təcrübəli mütəxəssis səsvermədə iştirak edən 100 media nümayəndəsinin tamamının səsini qazanıb.

Braun karyerasında ikinci dəfədir ki, bu ada layiq görülür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43