18 İyul 2026
Dünya futbolu

Xames Rodriges qərarını verdi

“Real”ın və “Bavariya”nın sabiq hücumçusu Xames Rodriges bir neçə klubun diqqət mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Olimpiakos”dan ayrılan təcrübəli futbolçuya bir çox təklif var. Braziliyanın “Botafoqo” klubu kolumbiyalı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Türkiyənin “Beşiktaş” komandası da Xameslə maraqlanır. İstanbul təmsilçisi yayda oyunçu ilə danışıq masasına oturmağı planlaşdırırdı. 

Ancaq Xamesin karyerasını Braziliyada davam etdirmək istədiyi məlum olub. Onun Türkiyəyə gəlmək ehtimalının az olduğu bildirilir.

Kolumbiyalı forvard cari mövsüm Yunanıstan çempionatında 24 oyunda 5 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43