18 İyul 2026
İdman

Azərbaycan çempionatının qalibi bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, üçüncü final oyununda “Xarı bülbül”ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn “Murov” çempion olub.

Komanda əvvəlki iki görüşdə rəqibini 3:1 və 3:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, bürünc medallara “Neftçi” sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43