19 Yanvar 2025
Kateqoriyasız

“Mahirin çalışqanlığı təqdirəlayiqdir”

“Konyaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı diqqət çəkib.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazıda yığmamızın üzvünün son turda “Adana Demirspor”a qarşı performansından bəhs edilib. Onun gözlənilən oyunu sərgiləməyə başladığı vurğulanıb:

“Mahir son oyunda çox gözəl bir qola imza atdı. Oyun boyu çalışqanlığı isə təqdirəlayiqdir. 25 yaşlı futbolçu komandanın yanvarda heyətinə qatdığı oyunçular arasından ilk fərqlənən isim oldu”.

Xatırladaq ki, Emrelinin “Konyaspor”la müqaviləsi mövsümün sonuna qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43