“Roma” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Feyenord”u 4:1 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo görüş barədə fikirlərini bildirib. O, komandasından razı qaldığını açıqlayıb:
“Komandanı idarə etməyin çətin olduğu bir matçda yaxşı nəticə qazandıq. Futbolçular çox yaxşı bir rəqibə qarşı əla oyun göstərdilər. Veynaldumun zədəsi bizə problemlər yaratsa da, bu gün layiqli qələbə qazandıq.
Avropa yarışlarında 150 oyun keçirmişəm, hər şeyi görmüşəm. İndi saçlarımın niyə ağardığını başa düşdünüz? Ümumiyyətlə, qələbəyə görə çox şadam”.