Kadi Borqes Rusiya Premyer Liqasının 24-cü turunda ciddi xəsarət alıb.
İdmanxeber.az-ın məlumatına görə, “Krasnodar”ın futbolçusu “Spartak”ın oyunçusu Georgi Cikia ilə toqquşub.
Bundan sonra braziliyalı oyunçu yerə yıxılaraq huşunu itirib. Ona ilk tibbi yardımı da Cikia edib. O, Borgesin dilini çıxararaq nəfər almasına kömək edib.
Daha sonra Kadi təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.