13 Yanvar 2025
Dünya futbolu

Kadinin son durumu bəlli oldu

“Krasnodar”ın futbolçusu Kadi Borgesin son durumu bəlli oldu.

İdmanxeber.az-ın xəbər verir ki, bu barədə braziliyalı futbolçunun həyat yoldaşı məlumat verib. O bildirib ki, oyunçu hazırda həkimlərin nəzarətindədir.

27 yaşlı braziliyalıya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

Kadinin şüurunun özündə olduğu bildirilib.

Xatırladaq ki, sabiq “Qarabağ”lı dünən “Spartak”la matçda rəqib futbolçu Cikia ilə toqquşaraq huşunu itirib. Oyunçuya ilk tibbi yardımı da Cikia göstərib.

Rusiya mətbuatı təcrübəli futbolçunun zədə səbəbindən mövsümü erkən bitirə biləcəyini vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43