UEFA “Yuventus”u sərt cəzalandıra bilər.
İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, qurum Turin təmsilçisinin maliyyə fırıldağı məsələsində yekun qərarı gözləyir. Əgər “Yuventus”a qarşı yönəlik iddialar təsdiqini tapsa, UEFA klubu avrokuboklardan uzaqlaşdıracaq.
Hətta komanda cari mövsüm Avropa Liqasını qazansa belə bu qərar dəyişməyəcək.
Xatırladaq ki, İtaliya İdman İdarəsi bu yaxınlarda “Yuventus”un silinən 15 xalını yenidən bərpa edib. Ancaq bunun müvəqqəti olduğu və prossesin davam etdiyi bildirilib.