28 İyul 2026
Ölkə futbolu

Qəbələdə söyüş üstündə gərginlik – FOTOLAR

Qəbələdə keçirilən “Kəpəz” – “Sumqayıt” oyununda insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, gəncəli azarkeşlərlə “kimyaçılar”ın təhlüləsizlik əməkdaşları arasında kiçik gərginlik qeydə alınıb. Belə ki, klub işçiləri ev sahibi qismində çıxış edən “Kəpəz” tərədarlarına söyüş söydükləri üçün iradlarını bildiriblər.

Daha sonra Gəncə klubunun təhlükəsizlik əməkdaşları da məsələyə müdaxilə edib və tərəflər sakitləşib.

İlk hissəsi sona çatan matçda qapılara qol vurulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43