“Barselona” “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 20 yaşlı futbolçunu transfer etmək niyyətindədir. “Barselona”nın prezidenti Xuan Laporta hesab edir ki, Veyqa komandanın oyun tərzinə uyğun gəlir.
Ancaq rəhbərlik maliyyə feyr-pley şərtlərini yerinə yetirdikdən sonra transfer üçün hərəkətə keçəcək.
Veyqanın “Selta” ilə müqaviləsində qeyd olunan sərbəst qalma bəndi 40 milyon avrodur.