28 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın üç futbolçusunun yubiley oyunu

“Qarabağ”ın üç futbolçusu yubiley matçını qeyd edib.

İdmanxeber.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bunlar müdafiəçilər Rahil Məmmədov, Kevin Medina və hücumçu Ramil Şeydayevdir.

XXXII turda “Neftçi” ilə (4:2) görüşün iştirakçıları olan Azərbaycan millisinin üzvləri ölkə çempionatında 100-cü oyunlarını keçiriblər. Şeydayev bu qarşılaşmalarda 33 qol vurub. 27 yaşlı hücumçu Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.

Rahil Məmmədovun isə hesabında 1 qol var. 28 yaşlı müdafiəçi “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb.

Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43