28 Sentyabr 2024
Dünya futbolu

Parisdə etiraz var: “Dəyişiklik vaxtıdır”

PSJ azarkeşləri klub rəhbərliyindən narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, tərəfdarlar komandanın qərargahı qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar. Azarkeşlər  “Loryen” məğlubiyyətindən (1:3) sonra klubun bazasına gəliblər.

Onlar rəhbərlikdən, məşqçidən və futbolçulardan şikayətlənib. Paris təmsilçisinin ən böyük azarkeş qrupu bu gün kütləvi etiraz aksiyası təşkil edəcək.

Tərəfdarlar sosial şəbəkə hesablarından “Dəyişiklik vaxtıdır. PSJ öz ruhunu və əzəmətini yenidən kəşf etməlidir” – deyə, paylaşım ediblər.

PSJ 75 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43