Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, A qrupunda yer alan Gürcüstanla Çexiya yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.
İlk iki turda rəqibləri ilə bərabərə qalan çexiyalılar turnirdə birinci qalibiyyətlərini əldə ediblər. Qarşılaşma Gürcüstan seçməsinin 3:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Gürcüstan millisi qrupda son matçını bu gün axşam saatlarında Azərbaycan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, günün ilk oyununda Ukrayna CAR üzərində 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gün Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan matçları olacaq. B qrupunda isə Türkiyə – Qazaxıstan və Ukrayna – Fransa görüşləri keçiriləcək.