28 Sentyabr 2024
Dünya futbolu

TFF-yə silahlı hücum edən şəxsə hökm oxundu

Türkiyə Futbol Federasiyası binasına silahlı hücum edən şəxs həbs edildi.

İdmanxeber.az-ın məlumatına görə, bu gün keçirilən məhkəmədə hakim Cüneyt Uslu adlı şəxsə qəsdən adam öldürməyə təşəbbüsdən 7 il 6 ay həbs cəzası verib.

Digər şübhəli şəxs qismində olan Oğuzhan Güneysu sərbəst buraxılıb.

Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında baş vermişdi. Hadisə zamanı heç kim xəsarət görməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43