28 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” Maneyə klub axtarır

“Bavariya” Sadio Mane ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı futbolçu klubun gələcək planlarına daxil deyil. Onun komanda yoldaşı Sane ilə dalaşması buna əsas səbəblərdən biridir.

BİLD nəşri yazır ki, ulduz futbolçuya gələcək təklifi Münhen klubu dərhal qəbul edəcək. 31 yaşlı futbolçu da “Bavariya”dan ayrılmaq istəyir.

Mane 2022-ci ilin yayından Bundesliqa klubunda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43