İspaniya məhkəməsi “Barselona”nın sabiq futbolçusu Dani Alvesin tələbini rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, cinsi təcavüzdən həbs olunan braziliyalı hakimdən ev dustaqlığına buraxılmağı istəsə də, məhkəmə bunu qəbul etməyib.
Alvesin yanavrın 20-də Barselona şəhərindəki diskotekaların birində tanımadığı bir xanıma təcavüz etdiyi iddia edilir.
İspaniya qanunlarına görə, braziliyalı futbolçu 1-12 il arası həbs edilə bilər.